Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Azərbaycanda bu qadağa aradan götürülə bilər

Baxılıb: 648     Tarix: 05-03-2021 12:09   

Azərbaycanda koronavirus pandemiyası səbəbindən bağlanan idman qurğuları yaxın zamanda fəaliyyətini bərpa edə bilər.
Qanunvehedef.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov deyib.
O bildirib ki, hazırkı durumu nəzərə alan nazirlik bununla bağlı təkliflərini Operativ Qərargaha təqdim edib: "Bir ildir pandemiya davam edir.
Operativ Qərargah tərəfindən məşq zallarının bağlanması tələb olunub. Buna baxmayaraq, olimpiya idman növləri yarışlara hazırlıq məqsədilə qapalı məkanda məşqlərini davam etdirilər. Bəzi idmançılar var ki, onlar bu gün də fəaliyyətsizdirlər.
Nazirlik tərəfindən Operativ Qərargaha təkliflər təqdim olunub. İnanırıq ki, yaxın günlərdə bu məsələ həllini tapacaq.
Məşqlərin keçirilməsi, zalların açılması nazirliyin icazəsi ilə deyil, pandemiya qaydalarına uyğun Operativ Qərargahın verdiyi qərarlarla nizamlanır. İstəyirik ki, idmançılar məşqlərə, zallara qayıtsınlar".



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar