Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Nazir müavini: "Bələdiyyələr 1666 aktı ləğv edib"

Baxılıb: 629     Tarix: 09-03-2021 12:04   

"Ötən il ərzində Ədliyyə Nazirliyində 79.858, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 2.670 bələdiyyə aktına inzibati nəzarət qaydasında baxılıb. Nəticədə 76.433 akt qanunvericiliyə uyğun hesab edilib".
"Report"un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim edən ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib.
Onun sözlərinə görə, bələdiyyələrin fəaliyyəti ilə bağlı 3.206 müraciətə baxılıb və bu müraciətlərin 164-ü təmin və ya qismən təmin edilib:
"Bələdiyyə aktlarına və müraciətlərə baxılması nəticəsində qanunvericiliyin tələblərinə zidd olan 3267 bələdiyyə aktının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı aidiyyəti bələdiyyələrə müraciət olunub. Bu təkliflər əsasında bələdiyyələr tərəfindən 1666 akt ləğv edilib, 1384 akt dəyişdirilib. Bələdiyyələr tərəfindən təmin olunmayan 15 təklif üzrə məhkəmələrdə qaldırılmış iddialardan 2-si təmin edilib".

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar