Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İtkin düşən türk əsilli zabitin cəsədi TAPILDI

Baxılıb: 752     Tarix: 09-03-2021 12:41   

1 ildir axtarışda olan 31 yaşlı türk əsilli zabit Deniz Ardanın cəsədi İsveçin paytaxtı Stokholmda tapılıb.
Qanunvehedef.az unikal.org-a istinadən bildirir ki, İsveç polisinin verdiyi məlumata görə, zabitin cəsədi 10 gün əvvəl Tyresta Milli Parkında aşkar edilib. Polislər qısa zamanda ailəsinə məlumat verərək, onun ölümünə səbəbin "cinayət" olmadığını bildiriblər.
Qeyd edək ki, İsveç Silahlı Qüvvələrində komando təlimini müvəffəqiyyətlə başa vuran və Hərbi Dəniz Qüvvələri Komando Məktəbi Komandirliyinə yüksələn Deniz Arda 18 noyabr 2020-də itkin düşüb. Zabit sonuncu dəfə mağazaların birində alış-veriş edərkən görüntülənib.
İsveç polisi zabitin ölümü barəsində araşdırma aparır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar