Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Bu il Azərbaycan vətəndaşları Türkiyədə ev alışını azaldıb

Baxılıb: 604     Tarix: 15-03-2021 12:06   

Bu ilin fevral ayında Azərbaycan vətəndaşları Türkiyədə 77 mənzil alıb. “Report”un Türkiyənin Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, 2020-ci ilin fevral ayı ilə müqayisədə 13 mənzil və ya 14,4 % azdır.
Ümumilikdə isə yanvar-fevral aylarında 145 Azərbaycan vətəndaşı Türkiyədə mənzil alıb ki, bu da 2020-ci ilin iki ayı ilə müqayisədə 44 ədəd və ya 23,3 % azdır.
Qeyd edək ki, bu ilin fevral ayında Türkiyədə 2 995 ədəd əmlak xarici vətəndaşlara satılıb ki, bu da 2020-ci ilin fevral ayı ilə müqayisədə 1 053 ədəd və ya 26 % azdır.
Bu ilin yanvar-fevral aylarında isə Türkiyədə 5 707 əcnəbi əmlaka sahib olub ki, bu da ötən ilin iki ayı ilə müqayisədə 2 286 ədəd və ya 28,6 % azdır.
Türkiyədə ən çox mənzil alan İran vətəndaşları olub. Bu ölkədən olanlar fevralda 477, yanvar-fevral aylarında isə 936 mənzil əldə edib.
Növbəti yerdə İraq vətəndaşları qərarlaşıb. Bu ölkədən olanlar ötən ay qardaş ölkədə 432, yanvar-fevralda isə 817 mənzil alıb.
İlk 3-lüyü Rusiya vətəndaşları tamamlayır. Bu ölkədən olan vətəndaşlar fevralda 259 mənzil, yanvar-fevralda isə 519 mənzilə sahib olub.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar