Xəbər lenti
18/09/2026 [13:31]
Sabah hava necə olacaq?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Zəfər muzeyinin yeri ilə bağlı təkliflər Nazirlər Kabinetinə göndərilib

Baxılıb: 773     Tarix: 16-03-2021 10:52   

Bakı şəhərində yaradılacaq Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yerləşəcəyi məkanla bağlı təkliflər Nazirlər Kabinetinə təqdim edilib.
Bunu "Report"un sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildiriblər.
"Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yeri hələ dəqiq müəyyənləşdirilməyib. Məkan barədə yekun qərar verildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək", - nazirlikdən qeyd edilib.
Xatırladaq ki, Prezident İlham Əliyev ötən il dekabrın 3-də Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar