Xəbər lenti
30/06/2025 [12:45]
POEZİYA - Mehri Seferli
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Həftəsonları qanunsuz işləyən mikroavtobuslar... - DYP

Baxılıb: 531     Tarix: 18-03-2021 13:21   

Bakıda həftəsonları qanunsuz işləyən mikroavtobuslar peyda olub.
Qanunvehedef.az xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.
V.Əsədov həmin mikroavtobusların qanunsuz fəaliyyət göstərdiyini vurğulayaraq insanları diqqətli olmağa çağırıb.
O qeyd edib ki, həmin hallar xüsusilə Bakı-Sumqayıt, Bakı-Abşeron istiqamətində müəyyən edilib.
Onun sözlərinə görə, 20 Yanvar dairəsində polis əməkdaşları bu halların qarşısını almaq üçün zəruri tədbirlər görür:
“Həmin mikroavtobus sürücüləri insanlarla əvvəlcədən sövdələşərək onları yığır və ara küçələrlə hərəkət edərək Sumqayıta və digər ərazilərə qanunsuz sərnişin daşıyır. Qanunsuz və gizli işlədikləri üçün yol-hərəkət qaydalarını da kobud şəkildə pozurlar və avtomobili təhlükəli sürürlər. İnsanları bu cür qanunsuz fəaliyyət göstərən mikroavtobuslardan istifadə etməməyə çağırıram”.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar