Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Paşayeva bir qrup sənət adamı ilə görüşdü

Baxılıb: 725     Tarix: 30-03-2021 11:23   

MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bir qrup tanınmış sənətkar, yeni nəsil sənətçi, yazar və ictimai fəalla Mədəniyyət Komitəsində görüşüb.
Qanunvehedef.az xəbər verir ki, görüşdə mədəniyyət, incəsənət başda olmqla, müxtəlif yaradıcı əməli fəaliyyət sahələri üzrə fikir mübadiləsi aparılıb.
Görüş iştirakçılarının uğurları, yaradıcılıq planları ilə tanış olan Komitə sədri yeni mədəniyyət strategiyası, Şuşanın mədəniyyət paytaxtı, 2021-ci ilin Nizami İli elan olunması, Azərbaycan həqiqətlərinin sənətdə, yaradıcılıqda inikası və s. barədə fikirlərini bölüşüb, onlara yeni uğurlar diləyib, Novruz bayramı münasibətilə təbriklərini çatdırıb.
Xalq artistləri Nübar Novruzova və Zamiq Əliyev, əməkdar artistlər Nuriyyə Hüseynova və Əkbər Əlizadə, AMEA Folklor İnstitutunun “Musiqi Folkloru” şöbəsinin müdiri, professor Nailə Rəhimbəyli, məşhur hərbi-vətənpərvərlik mahnılarının müəllifi, tanınmış sənətçi Fərahim Sadıq, tanınmış aktyor, şair Rəşad Kəsəmənli, Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan tədqiqatçı, nasir Şahnaz Kamal, "Şəhid ailələrinə yardım və hüquqlarının müdafiəsi" İctimai Birliyinin Qadınlar Şurasının sədri Nəcibə Ağamalıyeva, vətənpərvər şair, publisist, ictimai fəal xanım Aybəniz Qafarlı, istedadlı gənc rəssam, I qrup əlil Ramil Əhmədov, gənc ərəbşünas Həşim Məmmədov səmimi görüş, fikir mübadiləsi və təbrik üçün Q.Paşayevaya təşəkkür edib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar