Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

DSX-dan Azərbaycan-Ermənistan sərhədində baş verənlərə MÜNASİBƏT

Baxılıb: 397     Tarix: 14-05-2021 16:31   

Dövlət Sərhəd Xidməti (DSX) son günlər Azərbaycan və Ermənistan sərhədində baş verənlərə münasibət bildirib.
Qanunvehedef.az xəbər verir ki, DSX-nın Mətbuat Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edildikdən sonra Ermənistanla dövlət sərhədində zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması davam etdirilir.
"Son günlər bu istiqamətdə baş verənlərlə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən rəsmi mövqe bildirilib.Hazırda Azərbaycan və Ermənistan sərhəd mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə müzakirələr aparılır", - deyə Mətbuat Mərkəzindən qeyd olunub.
Qeyd edək ki, Azərbaycan hərbçilərinin Laçın rayonunun Qara göl yaxınlığında Ermənistanla sərhəd ərazilərdə yerləşməsi qarşı tərəfin narahatlığına səbəb olub.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar