Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycanda gediş haqqı 10 qəpik bahalaşır? - AÇIQLAMA

Baxılıb: 654     Tarix: 18-05-2021 10:44   

Benzinin və suyun qiymətindən sonra ictimai nəqliyyatda gediş haqqının da bahalaşması ilə bağlı iddialar səsləndirilir. Əsasən də metro fəaliyyətini yenidən bərpa etdikdən sonra gediş haqqının 40 qəpik olacağı söylənilir. Azərbaycanda gediş haqqı 10 qəpik bahalaşa bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib ki, ictimai nəqliyyatda gediş haqlarının tarifləri Tarif Şurası tərəfindən müəyyənləşdirilir:
"Müvafiq qurum tərəfindən Tarif Şurasına ictimai nəqliyyatda sərnişin daşınmalarında qiymət artımının edilməsi ilə əlaqədar müraciət olumadığından qiymət artımından danışmağı düzgün hesab etmirəm. Mal və xidmətlərdə qiymət artımları vətəndaşların sosial vəziyyətinə mənfi təsir göstərdiyindən bu, heç kimin ürəyincə deyil. Amma çox təəssüf ki, bəzi hallarda bu, qaçılmaz olur".

Aysel Yusifqızı

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar