Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Bakıda qanunsuz işləyən əyləncə klubu askarlanıb - 100-dən çox səxs cərimələnib

Baxılıb: 542     Tarix: 22-05-2021 10:58   

Paytaxtın Nəsimi rayonunda xüsusi karantin rejimi qaydalarına əməl etməyən əyləncə klubu aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozan obyektin sahibi, xidmət personalı və məkanda olan digər şəxslər barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Ümumilikdə 100-dən çox şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilməklə, inzibati tənbeh tədbiri tətbiq olunub.
Sahibkarlıq subyektinin rəhbərliyi barəsində isə müvafiq araşdırmalar davam etdirilir. Nəticədən asılı olaraq onun əməlinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcək.

Qanunvehedef.azшаблоны для dle 11.2