Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Kapital Bank Azərbaycanda ilk dəfə bu xidməti təqdim edir

Baxılıb: 1 006     Tarix: 27-05-2021 12:01   

Kapital Bank hüquqi şəxslər və fərdi sahibkarlar üçün daha bir rahat xidmət növünü təqdim edib. Belə ki, Azərbaycanda ilk dəfə olaraq hüquqi şəxslər və sahibkarlar Kapital Bank-dan sifariş verdikləri əmək haqqı kartlarını çatdırılma xidməti ilə ofislərində əldə edə bilərlər.
Qanunvehedef.az xəbər verir ki, bu xidmət Müştəri Bank vasitəsilə sifariş olunan əmək haqqı kartlarına şamil edilir. Bunun üçün Müştəri Bank-da kart sifariş verən zaman “Ünvana çatdırılma” xidmətini seçməklə sifariş etmək mümkündür. Çatdırılma, hələlik Bakı və Abşeron üzrə mümkündür. Lakin gələcəkdə ölkənin regionlarında da həyata keçiriləcək.
Qeyd edək ki, Müştəri Bank vasitəsilə rahat və təhlükəsiz şəkildə bir sıra xidmətlərdən istifadə etmək mümkündür: cari hesabın tam onlayn şəkildə açılması, əmək haqqı layihəsinə qoşulma, əmək haqqı kartlarına mədaxil, əmək haqqı kartlarının sifarişi, biznes və sahibkar kartlarının sifarişi, ölkə daxili və ölkə xarici nağdsız köçürmələr, konvertasiya əməliyyatları, hesablara nəzarət, çıxarışların əldə edilməsi, sərəncamlar haqqında məlumat, onlayn kredit məhsulları (overdraft, kredit, qarantiya, sürətli tender və s.) və s.
Müştəri Bank sisteminə qoşulmaq üçün https://cb.kapitalbank.az/login linkinə keçid etmək və ya (+99 412) 310 09 99 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir. Qeyd edək ki, Müştəri Bank sistemi vasitəsilə həyata keçirilən bütün köçürmələr zamanı 25%-dək güzəşt əldə etmək mümkündür.шаблоны для dle 11.2



buy yes2win seo ranking