Xəbər lenti
19/11/2025 [10:24]
Bakıda obyekt yandı
19/11/2025 [09:59]
Ronaldo Ağ Evdə
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Avtobuslarda kondisioner işləmir - BNA isə bahənə tapdı

Baxılıb: 449     Tarix: 02-06-2021 13:38   

Avtobuslar xətdə olduğu zaman kondisionerlərlə bağlı bəzi texniki nasazlıqlar baş verir və bunlar da vaxtaşırı aradan qaldırılır.
Bu sözləri Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bəzi marşrut avtobuslarında kondisionerlərin işləməməsinin səbəbləri haqda danışarkən deyib.
O bildirib ki, avtobusun kondisioneri bir gün işləmirsə, onu xəttdə saxlamaq düzgün deyil:
“Avtobuslar səhər qarajdan çıxanda kondisionerlərinin işləkliyi yoxlanılır. Ancaq ola bilər ki, xəttdə olan zaman nasazlıqlar yaransın. Bunlar da avtobuslar axşam xətdən qayıtdıqdan sonra aradan qaldırılır”.
Qeyd edək ki, 31 maydan etibarən avtobuslarda kondisionerlərin aktivləşdirilməsi ilə bağlı rəsmi göstəriş verilib. Buna baxmayaraq, bəzi avtobuslarda kondisionerlər xarab olub və bu da xüsusilə pik saatlarda həddən artıq sıxlıq olan avtobuslarda sərnişinlərin ciddi narazılığına səbəb olur.

Qanunvehedef.azшаблоны для dle 11.2