Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bakı Nəqliyyat Agentliyinin sürücüləri kameralarla cərimələməsi qanunsuzdur - Ekspertdən AÇIQLAMA - VİDEO

Baxılıb: 613     Tarix: 11-06-2021 10:38   

Bakı şəhərində dayanma və durmanın qadağan olunduğu ərazilərdə quraşdırılan kameraların fəaliyyəti qanunsuzdur.
Qanunvehedef.az Xəzər TV-yə istinadən xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib.
Ekspertin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 124.5 və 124.6-cı maddəsi müəyyən edir ki, sürücü dayanma və durma qaydasını pozarsa, məsuliyyətli şəxs yaxınlaşıb həmin nəqliyyat vasitəsinin ''bort-kompüter'' vasitəsilə bir neçə şəklini çəkib onun barəsində qərar qəbul etməlidir.
Daha sonra isə həmin qərarı çap edib protokolu avtomobilin qabaq alın şüşəsinə qoymalıdır.
Bu qaydalardan bir çox sürücü xəbərsiz olduğundan onlar kamera ilə tərtib edilən cəriməni vaxtında ödəyirlər. Ödəməyənlər isə bir neçə ay qaldıqdan sonra həmin cəriməni dəfələrlə artıq, yəni dəbbə pulu ilə ödəyirlər.
Ərşad Hüseynov bildirib ki, mövcud problemi aradan qaldırmaq üçün İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə dəyişiklik olunmalıdır.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Xəzər TV-yə bildirib ki, həmin kameralar qayda pozan sürücüləri avtomatik rejimdə çəkmir. Yəni kameraları Agentliyin əməkdaşları birbaşa idarə edirlər.
Onlar kamera arxasında müşahidə aparır, pozuntuları aşkar edir, foto və video materiallar əsasında şəxs barəsində inzibati tənbeh vermə qərarı çıxarırlar ki, bu da elektron protokol demək deyil.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

шаблоны для dle 11.2