Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

"MilliÖN" terminalı Şuşada

Baxılıb: 592     Tarix: 11-06-2021 11:14   

Ölkənin ən tanınmış ödəniş sistemləri şəbəkəsi olan "MilliÖN" tərəfindən mədəniyyət paytaxtımız Şuşada ödəniş terminalları quraşdırılıb.
Prezidentin "Şuşa - səni dirçəldəcəyik" çağırışına qoşulan "MilliÖN" ödəniş sisteminin operatoru "Komtec" şirkəti Şuşa şəhərində əhalinin ödəniş xidmətlərinə əlçatanlığını təmin etmək məqsədilə qısa zamanda terminal quraşdırılmasını həyata keçirib.
Məlumat üçün bildiririk ki, digər terminallar kimi Şuşa şəhərindəki yeni "MilliÖN" ödəniş terminalı ilə də istifadəçilər rahat və etibarlı yolla kommunal, bank, sığorta xidmətləri, dövlət ödənişləri, internet, kabel televiziyası və digər 300-ə yaxın ödənişi həyata keçirə biləcəklər.
Hal-hazırda 4000-nə yaxın ödəniş terminalı, veb sayt və mobil tətbiqi ilə xidmətinizdə olan "MilliÖN" maliyyə ödəniş sisteminin daim yenilənən xidmətləri barədə ətraflı məlumatı www.Million.az saytından, şirkətin eyni adlı sosial şəbəkələrindən və ya *0010 zəng mərkəzindən əldə edə bilərsiniz.

Qanunvehedef.azшаблоны для dle 11.2