Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

"Mən heç elə söz deyərəm?" - Sərxan Sərxan OD PÜSKÜRDÜ

Baxılıb: 509     Tarix: 28-06-2021 15:49   

Xəbər verdiyimiz kimi xalq artisti Sərxan Sərxan kulis.az-a müsahibəsi zamanı Bakı sakinləri ilə rayon sakinlərinin fərqindən danışıb.
Müsahibədən çıxarılan "O vaxt Bakı ilə rayon əhalisinin çox dərin fərqi var idi. Şəhər əhalisi şəhərdən getdi, onların yerinə rayon əhalisi gəldi.Onların da təqsiri yoxdur. Çünki bu yazıqlar şəhərdə necə yaşamağın, konsertlərə getməyin qaydasını bilmirlər. Onlar nə bilir, konsert nədir, teatr nədir? Onlar bunu indi-indi öyrənirlər" fikirlər geniş müzakirələrə səbəb olub.
BiG.AZ mövzu ilə əlaqədar olaraq xalq artistinin fikrilərini öyrənib. Sənətçi açıqlamasında bildirib ki, yazılan fikirlər tamamilə yanlışdır:
"Bu nə qeyri-peşəkarlıqdır. Mən heç elə söz deyərəm?Bu sözlər mənə yaraşmaz axı. Hamımız azərbaycanlıyıq, hamımız ölkəmiz üçün yaşayırıq.Müharibədən sonra bizim millət daha da bir-birinə bağlanıb. Hamının kökü rayona, kəndə gedib çıxır. Axı necə mən ayrı seçkilik edərəm. Mən orda incəsənətdən danışmışam. O yazılanlara tamamən zidd şeylər danışmışam fikirlərimi kontekstdən çıxarıb belə veriblər. Bu hərəkət peşəkarlığa sığmır. Mən onların atası, babası yerindəyəm sensasiya axtarırlar. Vaksin olunub Bakıya gələcəm inşallah".

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar