Ev muzeyi nə vaxt açılacaq ?
Baxılıb: 531 Tarix: 26-07-2021 13:20
Yaxşı əməl və xeyirxah işləri ilə ürəklərdə şirin bir xatirəyə çevrilərək yaşayan nə qədər insanlar var. Belələri heç zaman unudulmur, yaddaşlarda yaşayır, xatirələrdə qorunub saxlanılır. Yaxşılıq toxumu səpən Allah rızası üçün iş görən, köməksizə əl tutan, tikəsini başqaları ilə bölüşən insanlar hər cür hörmət və ehtirama layiqdirlər.
Xalq arasında belələrini halal insan nəfsinə hakim olan adam kimi tanıyır və hörmət göstərirlər. İnsanlara acımaq, dərdlinin qəm-kədərinə şərik olmaq, ehtiyacı olanlara kömək etmək, yıxılanı qaldırmaq insanın daxili aləminin zənginliyindən xəbər verir. Belə adamlar həmişə olmuşdur və bu gündə var. Sonabəyim Ağadadaş qızı Atamalıyeva belə bir insan idi. O, keçmiş Əli Bayramlı, indiki Şirvan şəhərində doğulmuş, burada yaşamış və həyatını davam etdirmişdir. Yaxşı əməl sahibi olmuş, xeyirxah işləri ilə camaat içərisində tanınmışdır. Elə buna görə də ona xanım Həzrəti Sonabəyim (əleyhissəlamın) deyə müraciət etmişlər. Sonabəyim xanım 2001-ci ildə dünyasını dəyişmiş, Allahın rəhmətinə qovuşmuşdur. Özündən sonra yaxşı ad qoyub getmişdir.
Onu tanıyanların qəlbində mehriban, mərhəmətli bir insan kimi qalmışdır. Xanım Həzrət Sonabəyimin 3 oğlu və 4 qızı var. Oğlu Telman Atamalıyev qeyri-adi bilik sahibi Şirvan şəhərindəki ilk ekstrasensdir. Ata evində ona ev müzeyinin açılmasını istəyir. Bunun üçün o, müxtəlif aidiyyəti qurumlara müraciət edərək, ona bu işdə köməklik göstərilməsini xahiş etmişdir. Onun Mədəniyyət Nazirliyinə, Ekalogiya və Təbii sərvətlər Nazirliyinə, Ədliyyə Nazirliyinə, Milli Elmlər Akademiyası, Torpaq və Xəritəçəkmə Komitəsinə. Ünvanlandığı sorğular hələ də həllini tapmamışdır. Muzeyin fəaliyyət göstərməsi üçün lazımi olan şərait yaradılmamışdır. Mərhumun yaşadığı evin qaz, su, işıq və su kanaliziyasiyası və digər komunal xidmətlərlə bağlı normal şəraiti yoxdur. Ölkə prezidentinə müraciətlər dərc edilmiş 25 aprel 2003-ci il tarixli “İNSAN HÜQUQLARI” qəzetində və 21 sentyabr--- 05 oktyabr 2018-ci il tarixli “KORRUPSİYA VƏ QANUN” qəzetində də EV MUZEYİ VƏ AÇIQ HAVADA MUZEYİ VƏ TARİXİ ABİDƏLƏRİ barədə yazılar dərc olunmuşdur.
Düşünürük ki, əlaqədar qurumlar bu məsələyə diqqət göstərəcək və muzeyin normal fəaliyyəti üçün şərait yaradacaqlar. Telman Atamalıyevin arzusu da elə budur.
Şirvan Şəhər ziyalılarından bir qrupu
Ən çox oxunanlar
Son xəbərlər