Xəbər lenti
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Koronaya yalnız asiyalılar yoluxacaqdı?.. - İnfeksionist

Baxılıb: 462     Tarix: 27-07-2021 09:07   

Bu gün hətta uşaqlar da risk altındadır. Yeni delta ştammı daha çox infeksiyaya səbəb olur və simptomları dəyişdirir. Yəni pandemiyanın başlanğıcından bəri koronavirusun klinik görünüşü əhəmiyyətli dərəcədə dəyişib.
Qanunvehedef.az xəbər verir ki, bunu rusiyalı infeksionist Georgi Vikulov deyib.
Onun sözlərinə görə, yeni ştamm daha çox gənc nəsli yoluxdurmağa başlayıb:
“Pandemiya yeni başlayanda belə bir fikir var idi ki, bu, yalnız qocaların xəstəliyidir, hətta deyirdilər ki, buna ancaq asiyalılar yoluxacaq. Sonra bu versiya sürətlə yox oldu və virusun etnik seçiciliyi olmadığı üzə çıxdı. Getdikcə daha çox gənc xəstələndi”.
Vikulovun sözlərinə görə, pandemiya o zaman bitəcək ki, planetin böyük hissəsi immunlaşacaq və ya xəstəliyi keçirəcək:
“Koronavirus isə ehtimal ki, bizimlə olacaq”.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar