Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Tbilisiyə saxta bilet satışı ilə bağlı ADY-dən - Xəbərdarlıq

Baxılıb: 8910     Tarix: 02-09-2026 15:38   

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Tbilisi-Bakı qatarına saxta bilet satışı ilə bağlı məlumat yayıb.

Qanunvehedef.az xəbər verir ki, məlumatda deyilir:

“Son günlər ADY-yə vətəndaşlardan bu marşrutla səfərlərə saxta biletlərin satışı ilə bağlı müraciətlər daxil olur. Bəzi turizm şirkətləri və sosial şəbəkə hesabları mövcud olmayan yerlər üzrə sərnişinlərə saxta biletlər təqdim edir.

Bununla bağlı hüquq-mühafizə orqanlarına tərəfimizdən müvafiq qaydada müraciət olunur, araşdırma aparılır, sui-istifadə hallarının qarşısı mütəmadi qaydada alınır, saxtakarlıq edən şəxslər və səhifələrin müəyyən edilərək hüquqi qaydada cəzalandırılması təmin edilir.

Bir daha bildiririk ki, ADY bu marşrut üzrə heç bir turizm şirkəti və ya vasitəçi ilə əməkdaşlıq etmir və bilet kvotası ayırmır.

Biletləri yalnız ADY-nin rəsmi saytı, “ADY Mobile” tətbiqi, dəmiryol kassaları vasitəsilə əldə etməyi tövsiyə edirik”.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar