Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

FHN nümayəndələri beynəlxalq tədbirdə - Fotolar

Baxılıb: 977     Tarix: 08-09-2026 11:08   

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin təşəbbüsü ilə 3-5 sentyabr 2026-cı il tarixlərində Rusiyanın Kazan şəhərində “Kompleks təhlükəsizlik - 2026” XVI Beynəlxalq Sərgi keçirilib.

Qanunvehedef.az xəbər verir ki, tədbirdə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Asif Məmmədli və Maddi-Texniki Təchizat İdarəsinin rəis müavini Turan Əliyev iştirak ediblər.

Sərgidə nümayiş edilən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsi üzrə ən müasir texnika və avadanlıqlarla yaxından tanış olan FHN-in nümayəndələri tədbir çərçivəsində bir sıra ölkələrin fövqəladə hallar üzrə qurumlarının müvafiq vəzifəli şəxsləri ilə görüşlər keçirib, fəaliyyət istiqamətlərinə uyğun fikir mübadiləsi aparıblar.




Qanunvehedef.az




Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar