Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

1100-dən çox işçiyə ödənişli atalıq məzuniyyəti verildi

Baxılıb: 9813     Tarix: 08-09-2026 16:51   

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir.

Qanunvehedef.az xəbər verir ki, artıq 415 işəgötürən tərəfindən 1126 işçiyə uşağının doğulması ilə bağlı 14 təqvim günü müddətində ödənişli atalıq məzuniyyəti verilib.

Bu məzuniyyət uşağın doğulmasından əvvəl və sonrakı dövrləri əhatə edir.

Məzuniyyətin verilməsi üçün işçi uşağının doğulması ilə əlaqədar müvafiq tibb müəssisəsinin arayışını işəgötürənə təqdim edir.

Bundan sonra işəgötürən tərəfindən işçiyə ödənişli atalıq məzuniyyəti verilir. Bu barədə əmr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində e-qaydada formalaşdırılır.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar