Xəbər lenti
08/09/2026 [14:47]
TƏBİB-də yeni təyinat
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

FHN tədbir keçirdi - Video

Baxılıb: 976     Tarix: 09-09-2026 10:03   

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhərində “Kiçikhəcmli su nəqliyyatı vasitələrində yanğın təhlükəsizliyi” mövzusunda tədbir keçirilib.

Qanunvehedef.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Tədbirdə nazirliyin müvafiq qurumlarının, Mingəçevir Şəhər İcra Hakimiyyəti və Mingəçevir Bələdiyyəsinin, Daxili İşlər Nazirliyinin yerli struktur bölməsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri, kiçikhəcmli gəmi istifadəçiləri və Kür çayının sahilində yerləşən yanalma körpüsü və dayanacaq bazasının məsul şəxsləri iştirak ediblər.

Mingəçevir Gənclər Evində keçirilən tədbirdə kiçikhəcmli gəmilərdə və onların dayanacağı üçün nəzərdə tutulmuş bazalarda, yanalma körpülərində yanğın təhlükəsizliyinin təmin edilməsinin vacibliyindən danışılıb.

Tədbirdə kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı ilə bağlı müzakirələr aparılıb, bu tipli su nəqliyyatı vasitələrində baş verə biləcək yanğın hadisələrinin insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaratdığı diqqətə çatdırılıb. Eyni zamanda, qeyd edilən sahədə kiçikhəcmli gəmi istifadəçiləri, həmçinin yanalma körpü və dayanacaq bazalarının cavabdeh şəxsləri tərəfindən profilaktik tədbirlərin gücləndirilməsinin xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb.

Qanunvehedef.az






Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar