Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

SUSAN ZABİT ŞƏRƏFİ: AZƏRBAYCAN ORDUSUNUN KAPİTANI OĞLU-QIZI OLMAYAN HƏYAT YOLDAŞINI ŞƏRLƏMƏK YOLUNU TUTUB

Baxılıb: 1 282     Tarix: 27-04-2018 13:53   
Nə qədər xoşagəlməz tendensiya olsa da, son illər Azərbaycanda boşanmaların sayında artım müşahidə olunur. Boşanmalar ən müxtəlif səbəblərdən baş verir. Buna erkən nikahlar, valideynlərin gənclərin ailə həyatına yersiz müdaxilələri, ər-arvad xəyanəti və b. amillər aiddir. Təəssüf doğurucu haldır ki, bu faktorlar sırasında sonsuzluq da vardır. Gəlin razılaşaq ki, boşanmanın tərəflərdən birinin uşaq dünyaya gətirə bilməməsi səbəbindən baş verməsi ortada gerçək sevginin olmamasına dəlalət edir. Axı axtarsan, övladsız da sonacan birgə yaşayan, necə deyərlər, qoşa qarıyan cütlüklərə rast gəlmək olur.
Qurbanova (Əliyeva) Gülzadə Budaq qızı 2009-cu ildə Qurbanov Zaur Zakir oğlu ilə ailə qurmuşdur. Zaur hərbçi olduğu üçün Gülzadə illər boyu onunla birgə hərbi komandanlığın təyin etdiyi şəhərlərdə kirayə yaşamaq məcburiyyətində olmuşdur. Nəhəyat, 2015-ci ildə ipoteka ilə mənzil almaq qərarına gəlmişlər. Elə o vaxtdan münasibətləri pozulmağa yönəlmişdir. Belə ki, birgə nigah dövründə övladları olmamışdır. Zaur və valideynlərinin qənaətincə, buna səbəb Gülzadənin sağlamlığında olan problem olmuşdur. 2015-ci ildən Zaur Gülzadə ilə ər-arvad münasibətini kəsmiş və onu atası evinə göndərmişdir. Bakı şəhəri Xətai rayon məhkəməsinin 28.03.2017-ci il tarixli 2(011)-109/2017 nömrəli qətnaməsi ilə onların aralarındakı nikah rəsmən pozulmuşdur.  
Ardından, Gülzadə Əliyeva mənzili birgə təsərrüfat apardıqları evliliik dövründə aldıqları üçün məhkəməyə müraciət edərək onun bölünməsi iddiasını qaldırmış, apellyasiya instansiyası məhkəməsində tam qalib gəlmişdir. Mənzil məhkəmə qətnaməsi ilə aralarında yarı bölünmüş, G. Əliyevanın həmin mənzildən istuifadə hüququ tanınmışdır. Bundan əlavə, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən mənzilin əldə edilməsi ilə bağlı götürülmüş kredit borcunun qalıq hissəsi tərəflərin paylarına uyğun olaraq bölüşdürülmüşdür.      
Zaur və valideynləri də boş oturmamışlar. Gülzadənin mənzilin bölünməsi iddiasının gerçəkləşməsinə mane olmaq üçün onun üstünə şər yıxmaq yolu seçmişlər. Zaurun atası Zakir Qurbanov məhkəməyə müraciət edərək iddia qaldırmışdır ki, guya Gülzadə evdən gedərkən özünə məxsus zinət əşyaları ilə birgə Qurbanovların da qızıllarını və digər əşyalarını, eləcə də sənəd və medalları (üst-üstə cəmi 17470 manat dəyərində) özü ilə aparmışdır.  Lakin Xətai rayon məhkəməsi Zakir Qurbanovun Gülzadə Əliyevaya qarşı əmlak tələbini yetərli sübutlarla əsaslandırılmayan bu iddianı rədd etmişdir. Hazırda Zakir Qurbanov apellyasiya instansiyası məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət etmişdir.
Şübhə yoxdur ki, Ali Məhkəmə feodal düşüncənin məhsulu olan bu iddianı təmin etməyəcək, apellyasiya instansiyası məhkəməsinin qüətnaməsini qüvvədə saxlayacaqdır.  
Mövzuya qayıdacağıq. шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar