Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Sarkisyanın Qarabağla bağlı ŞOK edəcək qərarı

Baxılıb: 847     Tarix: 23-04-2018 16:25   
 Ermənistan daxilində xalqın etirazının qarşısını ala bilməyən və ölkəyə nəzarəti itirən baş nazir Serj Sarkisyan Qarabağda yeni cəbhə açır.
Erməni siyasi şərhçi Ermənistanın Azərbaycan Ordusu haqqında yaydığı videonu şərh edərək, bunun cəmiyyətin diqqətini yayındırmağa hesablanmış addım olduğunu yazıb.
"Ermənistan rəhbərliyi bu cür informasiya ilə əhalinin diqqətini yayındırır. Hərçənd, Sarkisyanın nəzarətdən çıxan vəziyyəti ələ almaq üçün Qarabağda yeni cəbhə aça bilər", - deyə o qeyd edib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda Ermənistan mətbuatının qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan Ordusunun canlı qüvvə və hərbi texnikasının cəmləşməsi ilə əlaqədar yaydığı videonun növbəti təxribat olduğu deyilir.
"Nümayiş etdirilən kadrlar Azərbaycan ordusunun planlı surətdə keçirdiyi təlimlərdə qoşunların yerdəyişməsi zamanı uzaq məsafədən və müxtəlif rakurslardan çəkilərək montaj edilib. Ermənistandakı kütləvi etirazlardan ciddi narahatlıq keçirən hərbi-siyasi rejim bu cür təxribat xarakterli xəbərləri yaymaqla öz xalqını qorxu içində saxlamaqda davam edir. Müdafiə Nazirliyi bildirir ki, baş verə biləcək təxribatlara qarşı müvafiq tədbirlər görüləcək", - deyə məlumatda bildirilir.
publika.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar