Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Azərbaycanda dini təhsil alan qızların sayı…

Baxılıb: 960     Tarix: 24-11-2026 12:57   

Tələbələrin dini məsələlərə elmi yanaşmalarının, müxtəlif dini-fəlsəfi baxışları təhlil etmək bacarıqlarının formalaşması gələcəkdə dini maarifçiliyin intellektual səviyyəsinin yüksəldilməsi baxımından əhəmiyyətlidir.

Qanunvehedef.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov "Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, hazırda Azərbaycan İlahiyyat İnstitutunda 318 tələbə təhsil alır ki, onlardan 98 nəfəri qızlardır:

“Eyni zamanda, daha 4 qız tələbə təhsilini magistratura səviyyəsində davam etdirir. İndiyədək bu ali təhsil ocağından bakalavriat səviyyəsi üzrə 126, magistratura üzrə 13, doktorantura üzrə 5, dissertantura üzrə isə 1 nəfər olmaqla, ümumilikdə 145 qadın məzun olub.

Azərbaycan İlahiyyat İnstitutu yanında Bakı İlahiyyat Kollecində isə hazırda 19 qız tələbə təhsilini davam etdirir, bu günədək 4 qız məzun olub. Bu göstəricilər qadınların dini təhsilin müxtəlif pillələrində iştirakını, onların elmi və peşəkar hazırlığı üçün yaradılmış imkanları əks etdirir”.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar