Xəbər lenti
18/08/2025 [13:22]
Sabah hava necə olacaq?
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Goranboyda ilanlar evlərə hücum edib

Baxılıb: 889     Tarix: 24-04-2018 22:50   
 
Goranboy rayonunda vətəndaşa məxsus evə sürünənlər daraşıb.
Qanunvehedef.az "Report"a istinadən xəbər verir ki, rayonun Qaradağlı kənd sakini Murad Muxtarov ona məxsus fərdi evdə bu ay artıq 6 ilanı öldürdüklərini bildirib.
"Səhər saatlarında uzunluğu 1 metr 40 sm-dən uzun olan ilanı vanna otağına girən zaman öldürdük. Hələ yaz fəslidir, evdə və həyətdə 10-dan çox ilan görünüb, yayda buna daha çox rast gəlməyimizdən qorxuruq. Sürünənlərə qarşı xüsusi dərmanlama işləri aparsaq da, heç bir nəticəsi yoxdur, günü-gündən çoxalırlar", - o deyib.
Qeyd edək ki, kənd ərazisindəki əkin sahələrində də çoxlu sayda ilanlara rast gəlinir.
шаблоны для dle 11.2