Xəbər lenti
26/05/2026 [12:24]
Sabah yağış yağacaq
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Formula 1 komandaları artıq Bakıdadır

Baxılıb: 867     Tarix: 23-04-2018 14:30   
2018-ci il 27-29 aprel tarixlərində Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisində iştirak edəcək komandalar artıq şəhərimizə gəlməyə başlayıb.
Qanunvehedef.az  bildirir ki, bunu Trend-ə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.
N.Arpadarai bildirib ki, komandaların nümayəndələri artıq Bakıdadır, pilotlar isə bir neçə günə gələcək. Bir neçə gün ərzində həm komandaların, həm də pilotların hamısının gəlməsi nəzərdə tutulub.
 
O qeyd edib ki, komandaların avadanlıqları da Bakıya gətirilir. Bu həftə içində böyük logistika işləri həyata keçirilməlidir, çünki hər bir komanda öz avadanlığını gətirir.
N.Arpadarai əlavə edib ki, bütün işlər qrafikə uyğun həyata keçirilir



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar