Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

ABŞ-dan türk ordusuna hücumla bağlı şok mövqe

Baxılıb: 586     Tarix: 12-02-2020 11:57   

ABŞ İdlibdəki situasiyaya müdaxilə etməyə hazırlaşmır.
Qanunvehedef.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert Obrayen deyib.
“ABŞ-ın Suriyada savaşı dayandıracaq sehirli çubuğu yoxdur. Vaşinqton İdlibə ordu göndərməyə hazırlaşmır. Bu konfliktin ABŞ-a heç bir aidiyyəti yoxdur. Amerikanın İdlibdə nəsə etməsinə heç bir səbəb görmürəm. Biz onları dayandırmaq üçün nəsə etməliyik? Biz dünya jandarmı olmalıyıq?” – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə həm Pentaqon, həm də ABŞ Dövlət Departamenti İdlibdə türk ordusuna hücumlarla bağlı sərt mövqe bildirmiş, Dövlət katibi Pompeo isə “NATO müttəfiqimiz Türkiyənin yanındayıq” bəyanatını vermişdi.



Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar