Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Dağlıq Qarabağın hər qarışında türkün silinməyəcək izləri var” - Baxçalı

Baxılıb: 961     Tarix: 25-02-2020 13:36   

“Düz 28 il əvvəl, 1992-ci il fevral ayının 26-da erməni silahlı birləşmələri və rusların 366-cı motoatıcı alayı Dağlıq Qarabağın Xocalı rayonunda qətliam törədiblər”.
APA-nın xəbərinə görə, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı partiyanın qrup iclasında çıxış edərkən deyib.
O bildirib ki, Xocalıda bütün bəşəriyyətə qarşı cinayət törədilib və bu cinayətin təşkilatçıları hələ də öz layiqli cəzalarını almayıblar.
D. Baxçalının sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar müsbət nəticə verməyib.
“Xocalı türkdür! Dağlıq Qarabağ türkdür! Azərbaycan türkdür! Dağlıq Qarabağın hər qarışında türkün xatirəsi, silinməyəcək ayaq izləri var. Ermənilər və onların havadarları bu tarixi həqiqətləri zorla, silah gücünə və qan tökərək əsla dəyişdirə bilməyəcəklər. Dost və qardaş Azərbaycan tək deyil!”, - deyə D. Baxçalı vurğulayıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar