Xəbər lenti
07/08/2020 [10:35]
Neftin son qiyməti
Arxiv
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

38 yaşlı yeni nazirimiz kimdir? - Video

Baxılıb: 556     Tarix: 27-07-2020 16:28   

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Emin Əmrullayev Təhsil naziri təyin edilib.
Qanunvehedef.az Axar.az istinadən xəbər verir ki, Emin Əmrullayev 1982-ci ildə anadan olub.
1999-2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət idarəçiliyi üzrə bakalavr təhsili alıb.
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində dövlət idarəçiliyi üzrə magistr proqramını bitirib.
Bundan əlavə, Macarıstanın paytaxtı Budapeştdə magistr təhsili alıb, həmçinin bir çox beynəlxalq sertifikat proqramlarında iştirak edib. 2013-2014-cü illərdə Təhsil Nazirliyində Keyfiyyətin təminatı sektorunun müdiri, 2014-2020-ci illərdə Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifələrində çalışıb. 2020-ci ilin yanvar ayından bugünədək Təhsil İnstitutunun direktoru vəzifəsini yerinə yetirib.
Emin Əmrullayev eyni zamanda gənclər sektoruna dair beynəlxalq layihələrin idarə olunmasında böyük təcrübəyə malikdir.
Ailəlidir, 2 övladı var.

шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar