Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycanda qadın nazir TƏYİN EDİLDİ - FƏRMAN

Baxılıb: 991     Tarix: 24-04-2018 22:49   
 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 24-də Natəvan Qədimovanın Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri təyin edilməsi haqqında fərman imzalayıb.
Qanunvehedef.az xeberle.com-a istinadən xəbər verir ki, fərmanda deyilir:
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Natəvan Tofiq qızı Qədimova Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri təyin edilsin".
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 23-də mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.Həmin sərəncamla Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti yaradılıb.
Natəvan Qədimova bundan əvvəl Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri vəzifəsində çalışıb.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar