Məktəblilər vaxtsız dünyasını dəyişən şagirdin xatirəsini yad etdilər
Baxılıb: 477 Tarix: 03-10-2019 15:21
Qurani - Kərimin Tur surəsində deyilir ki, həddi-büluq dövrünə çatmadan ölən uşaqlar cənnətdə ailələrinin yanında olacaqlar. İsa 16 iyun 2006-cı ildə Bakı şəhərində anadan olmuşdu. Onun dünyaya gəlişi hamını sevindirmişdi. Ailənin boyuk oğlu idi.
Anası İsanın körpə vaxtı dünyasını dəyişdiyinə görə, nənə və bibiləri İsaya və kiçik qardaşına qayğı göstərirdilər. Birdən - birə kəskin leykoz xəstəliyinin üzə çıxması nəticəsində İsa 13 yaşındaykən həyatla vidalaşdı. İsa Sumqayıt şəhərində yerləşən 36 saylı orta məktəbin 7-ci sinfinədək oxumuşdu və məktəbin ən nümünəvi, tərbiyəli şagirdlərindən hesab olunurdu.
Bu gün onun xatirəsi yad olundu - dərs aldığı sinifdə portreti asılıb, əyləşdiyi partada isə qırmızı güllər düzülüb. Dostlarından ayrı düşən İsanın üc mərasimi verilir. ruhun şad yerin cənnət .
Nənəsinə, atası Kamran bəyə, sevimli bibisi Sevil xanıma və digər doğmalarına dərin hüznlə başsağliği veririk .
Allah rəhmət eləsin, ruhu şad, yeri cənnət olsun.
Ən çox oxunanlar
Son xəbərlər