Azərbaycan millisi U-15 dünya çempionatında növbəti matçını keçirəcək
Baxılıb: 960 Tarix: 28-10-2026 10:36

Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirəcək.
Qanunvehedef.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv C Divizionunun (65-96-cı yerlər uğrunda) 1/16 final mərhələsində Çili seçməsi ilə üz-üzə gələcək.
Qarşılaşma Hövsan Yarış Kompleksindəki 7B stadionunda, saat 11:30-da start götürəcək. Cütün qalibi növbəti raundda Belarus - Cəbəllütariq duelinin güclüsü ilə üz-üzə gələcək. Məğlub tərəf isə məhz bu cütdə uduzan komanda ilə qarşılaşacaq.
Xatırladaq ki, Azərbaycan komandası AF qrupunun üçüncüsü kimi C Divizionuna vəsiqə qazanıb.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər





















