Xəbər lenti
27/10/2026 [16:58]
Bu cərimələr yenilənir
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Trampı yenə məhkəməyə verdi - Mahnısından istifadə etdiyinə görə

Baxılıb: 932     Tarix: 27-10-2026 17:25   

Kanadalı müğənni Nil Yanq ABŞ Prezidenti Donald Trampı məhkəməyə verib.

Qanunvehedef.az “Variety” nəşrinə istinadən xəbər verir ki, müğənni ABŞ liderini müəllif hüquqlarının pozulmasında ittiham edərək ona qarşı 10 milyon dollar məbləğində iddia qaldırıb.

Buna səbəb Trampın seçkiqabağı nümayişlərdə Nil Yanqın “Rockin' in the Free World” mahnısından fon musiqisi kimi istifadə etməsidir. Dövlət başçısının yeritdiyi siyasətə qarşı çıxan Yanq maddi təzminat və mahnının bundan sonra siyasi məqsədlərlə istifadəsinin qadağan edilməsini tələb edib.

Yanq 2020-ci ildə də eyni mahnıdan istifadəyə görə Trampa qarşı iddia qaldırmışdı. Həmin vaxt siyasətçi müvafiq lisenziya olmadan mahnıdan istifadə etməyəcəyini öhdəsinə götürüb.

Qeyd edək ki, ABŞ-də aralıq seçkiləri noyabrın 3-də keçiriləcək. Seçkilərdə Senatın üçdə biri və Konqresin Nümayəndələr Palatasının bütün tərkibi, həmçinin 36 ştat və ərazinin qubernatorları yenidən seçiləcək.


Qanunvehedef.az






Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar