Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Baxılıb: 963 Tarix: 22-10-2026 09:45

Bakı-Sumqayıt yolunda xanım sərnişinə hədə-qorxu gələn sürücü saxlanılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sərnişin Elvira Vəliyevaya qarşı hüquqazidd hərəkətlər törədən taksi sürücüsü polis tərəfindən müəyyən olunub.
Hazırda həmin şəxs barəsində qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görülür.
Qeyd edək ki, vətəndaş E.Vəliyeva iki gün öncə bu barədə “TikTok” hesabında video yayımlayaraq bildirib ki, hadisə gedişhaqqıya görə baş verib. Belə ki, xanım sərnişin əlavə ödənişdən imtina etdikdə sürücünün avtomobilin qapılarını kilidləyərək onu hədələyini iddia edib.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər




















