Xəbər lenti
22/10/2026 [11:22]
FHN təlim keçirdi
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Putin hökumətdə yerdəyişmələri təsdiqlədi

Baxılıb: 935     Tarix: 22-10-2026 12:20   

Rusiya Prezidenti Vladimir Putin hökumətdə yerdəyişmələri təsdiqləyib.

Qanunvehedef.az APA-ya istinadla xəbər verir ki, dəyişikliklər baş nazirin müavinlərinə, hökumət aparatına və Nəqliyyat Nazirliyinə təsir edib.

Belə ki, Yuri Trutnev Baş nazirin müavini və Prezidentin Uzaq Şərq Federal Dairəsindəki Səlahiyyətli nümayəndəsi vəzifələrindən azad edilib. O, prezidentin köməkçisi vəzifəsində təyinat alıb.

Primorski diyarının qubernatoru Oleq Kojemyako Baş nazirin müavini və Prezidentin Uzaq Şərq Federal Dairəsindəki Səlahiyyətli nümayəndəsi təyin edilib.

Dmitri Qriqorenko Baş nazirin müavini və Hökumət Aparatının rəhbəri vəzifələrindən istefaya göndərilib. Maliyyə nazirinin birinci müavini İrina Okladnikova Baş nazirin müavini və hökumət aparatının təyin edilib

Anton Siluanov maliyyə naziri vəzifəsini saxlayaraq Baş nazirin müavini təyin edildi.

Keçmiş nəqliyyat naziri Andrey Nikitin Baş nazirin müavini vəzifəsinə təsdiq olunub.

Federal Hava Nəqliyyatı Agentliyi-Rosaviasoyanın rəhbəri Dmitri Yadrov nəqliyyat naziri təyin edilib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar