Xəbər lenti
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

SOCAR: Kitab köşklərinin quraşdırılmasını mənəvi olaraq dəstəkləyirik

Baxılıb: 624     Tarix: 19-10-2019 15:53   

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bakıda "Progress" İctimai Birliyi tərəfindən kitab köşklərinin quraşdırılması təşəbbüsünü mənəvi olaraq dəstəkləyir. Bir neçə gün öncə Nərimanov rayonunda SOCAR-ın Elmi-Tədqiqat İnstitutunun yanındakı səkidə quraşdırılan kitab köşkünün sökülməsi isə onların özləri tərəfindən həyata keçirilib.
Bunu "Report"a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.O qeyd edib ki, "Progress" İctimai Birliyinin bəzi üzvləri SOCAR-ın əməkdaşlarıdır və Birlik üzvləri şəhərin müxtəlif məntəqələrində kitab köşkləri yerləşdirmək təşəbbüsü irəli sürmüşdülər. "Onlar bu işləri öz imkanları ilə həyata keçirirlər. Bu, çox gözəl təşəbbüsdür və biz bu təşəbbüsü mənəvi olaraq dəstəkləmişik. Onlar SOCAR-dan heç bir maddi dəstək istəməyiblər. Sadəcə olaraq köşk yerləşdirmək istədikləri bəzi ərazilər SOCAR-a məxsus ərazilər olduğu üçün bizdən icazə istəyiblər. Biz də etiraz etməyərək onlara müsbət cavab vermişik. Lakin sonradan onlara məlum olub ki, həmin ərazilərdə köşkün yerəşdirilməsi üçün başqa qurumlardan da icazə alınmalıdır. Ona görə də onlar özləri köşkü söküblər. Köşkün quraşdırılması və sökülməsi də həmin İctimai Birlik tərəfindən həyata keçirilib".шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar