Xəbər lenti
Arxiv
«    Февраль 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
232425262728 

Azərbaycanda 500 əlilin biznes qurmalarına dəstək veriləcək –

Baxılıb: 679     Tarix: 19-10-2019 16:14   
Qanunvehedef.az -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bununla əlaqədar Dünya Bankı ilə danışıqlar artıq yekun mərhələdədir.
Bu ilin sonunadək Hökumətə Dünya Bankı ilə kredit sazişinin layihəsi təqdim olunacaq. Növbəti il Dünya Bankı özünüməşğulluq proqramının genişləndirilməsində iştirak payı kimi 1000-2000 ailənin özünüməşğulluğuna dəstək verəcək. Sonrakı illər ərzində sabit olaraq hər il 5 min ailənin özünüməşğulluq proqramında iştirakı Dünya Bankı tərəfindən maliyyələşdiriləcək.

BMT-nin İnkişaf Proqramı ilə də özünüməşğulluq proqramı çərçivəsində birgə işlərin davam etdirilməsi nəzərdə tutulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə icra etdiyi layihə üzrə 500 nəfər əlilliyi olan şəxsin özünüməşğulluq fəaliyyəti müstəvisində özlərinə dayanıqlı biznes qurmalarına dəstək veriləcək.

Ümumilikdə, aktiv məşğulluq tədbirləri bütün istiqamətlərdə davam etdirilməklə, onların miqyası da genişləndiriləcək. Nazirlik üçün cari ildə plan 100 min nəfərin işlə təminatıdırsa, gələn il bu rəqəm 130 minə çatdırılacaq. Həmçinin haqqı ödənilən ictimai işlərin təşkilinin, iri dövlət şirkətlərində yaradılan müvəqqəti ictimai işlər proqramının da davam etdirilməsi nəzərdə tutulur.




{sape_links}{sape_article}