Xəbər lenti
23/07/2026 [12:57]
Sabah 39° isti olacaq
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Şəxsiyyət vəsiqələri ilə bağlı mühüm dəyişiklik qüvvəyə mindi

Baxılıb: 758     Tarix: 01-11-2019 11:48   
Bu gündən etibarən Azərbaycan Respublikası vətəndaşları şəxsiyyət vəsiqələrini yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq ala biləcəklər.
Qanunvehedef.az xəbər verir ki, Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov şəxsiyyət vəsiqələrinin verilməsi sahəsində vətəndaş məmnunluğunun artırılması ilə bağlı əlavə tədbirlər barədə əmr imzalayıb.
Əmrə əsasən, ərazi polis orqanlarının və ASAN Xidmət mərkəzlərində fəaliyyət göstərən Daxili İşlər Nazirliyinin qeydiyyat məsələləri qurumlarının əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi cari il noyabrın 1-dən yaşayış yeri üzrə qeydiyyatdan asılı olmayaraq veriləcək.
Qeyd edək ki, Azərbaycan Prezidentinin müvafiq Fərmanına uyğun olaraq, 2013-cü ilin sentyabrından tətbiqinə başlanılmış elektron daşıyıcısı olan ümumvətəndaş pasportları da vətəndaşlarımıza elə həmin ildən etibarən yaşayış yerindən asılı olmayaraq, hər bir ASAN Xidmət mərkəzində və ərazi polis qurumunda verilir.
Ümumilikdə Daxili İşlər Nazirliyinin fəaliyyətinin bütün istiqamətlərində vətəndaşlara yüksək standartlara uyğun xidmətin göstərilməsi üçün zəruri tədbirlər görülür.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar