Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycan Avropada “ingiliscə” sonuncu oldu - Reytinq

Baxılıb: 617     Tarix: 06-11-2019 11:22   
İngilis dilini bilmə səviyyəsinə görə Azərbaycan Avropada sonuncu yeri tutur.
Qanunvehedef.az xəbər verir ki, bu barədə reytinqi “Edukeyşın Föst” hazırlayıb. Belə ki, reytinq cədvəlinə dünya üzrə ümumilikdə 100 ölkənin adı daxil edilib.
Avropadan siyahıda 33 ölkənin adı yer alıb. Azərbaycan Avropa dövlətləri arasında ingilis dilini bilmə səviyyəsinə görə sonuncu yerdə qərarlaşıb. Dünya üzrə göstəricidə isə Azərbaycan 85-ci yeri tutub.
Avropa üzrə tərtib olunan reytinq cədvəlində ölkəmizdən öncəki pillədə Türkiyə və Gürcüstan yer alıb. Postsovet məkanı ölkələrindən olan Ukrayna 29, Rusiya 28, Belarus isə 27-ci yeri tutub.
Dünya üzrə reytinq cədvəlinə Niderland, İsveç və Norveç rəhbərlik edib. Sonuncu pillələrdə isə Səudiyyə Ərəbistanı, Qırğızıstan və Liviya yer alıb.шаблоны для dle 11.2