Xəbər lenti
06/06/2026 [12:42]
ABŞ onlara viza vermədi
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

"ASAN xidmət" 2 gün İŞLƏMƏYƏCƏK

Baxılıb: 859     Tarix: 08-11-2019 11:59   

9 noyabr – Azərbaycanın Dövlət Bayrağı Günü ilə əlaqədar "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.
Qanunvehedef.az report.az-a istinadən xəbər verir ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, vətəndaşlar 10 noyabr tarixindən "ASAN xidmət", 11 noyabr tarixindən isə "ASAN Kommunal" mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
"ASAN Kommunal" mərkəzlərində bazar günü qeyri-iş günüdür.
Qeyd edək ki, hazırda 15 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.
Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 "ASAN Kommunal" mərkəzi fəaliyyətdədir.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar