Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Plyonka qadağası ləğv olunmayıb - AÇIQLAMA

Baxılıb: 655     Tarix: 18-11-2019 10:54   

Vəkil Cavid Sultanov örtük çəkilən avtomobillərlə bağlı cərimənin BDYPİ tərəfindən ləğv edilməsi barədə yayılan informasiyanı əsassız hesab edir.
E-huquq.az xəbər verir ki, bu barədə C. Sultanov açıqlama yayıb.
Açıqlamada bildirilir:
"Son günlərdə sosial şəbəkələrdə BDYPİ-nin adından yazıldığı göstərilən müraciətin mətni yayılmışdır. Bununla bağlı aşağıdakıları bildirmək istəyirəm:
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS 122-2004 "Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər" dövlət standartına əsasən nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmamalıdır. Həmçinin Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə verilir.
"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanuna 1 saylı Əlavənin 7-ci bəndinin Qeyd hissəsinə əsasən işığı buraxması dövlət standartlarının tələblərinə uyğun olan, sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin (güzgü-şüşələrdən başqa) tətbiqinə icazə verilir.
İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir.
Göründüyü kimi, noyabrın 15-dən sonra qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə məsuliyyət müəyyən edildiyindən və hazırda həmin normalar qüvvədə olduğundan icra olunmalıdır".шаблоны для dle 11.2