Xəbər lenti
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Hər semestr 40-50 tələbə maliyyələşdiriləcək - Nazirlik

Baxılıb: 559     Tarix: 18-11-2019 15:36   

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ildə iki dəfə doktorantura səviyyəsində təhsil üçün sənəd qəbulu elan ediləcək.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli “2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan vətəndaşlarının xaricdə doktorantura səviyyəsində təhsilinin maliyyələşdirilməsi və seçiminə dair Qaydalarla bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, hər semestr ərzində təxminən 40-50 tələbənin maliyyələşməsi nəzərdə tutulub:
“Bu il 100-ə qədər tələbə bu proqramdan yararlana biləcək. Növbəti illərdə müraciət çox olarsa, bu rəqəm artırıla bilər.
Proqram Dövlət Neft Fondu tərəfindən maliyyələşdiriləcək. Tələbələrə ayrılacaq vəsait ölkəyə və universitetə görə fərqlənəcək. Proqramın yekun büdcəsi isə Azərbaycan Dövlət Neft Fondunun 2020-ci ilin dövlət büdcəsinə əsasən təyin olunacaq”.
Nazirlik rəsmisi onu da vurğulayıb ki, Azərbaycanda doktorantura səviyyəsi üzrə ödənişsiz təhsil alan şəxslər bu proqrama müraciət edə bilməz.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar