Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Maşınlarda pərdə və plyonka qadağası qanundan çıxarılır

Baxılıb: 624     Tarix: 19-11-2019 11:04   

Çingiz Qənizadə: “Qanunvericilikdə bununla bağlı dəyişikliklərin edilməsi üçün iş aparılır”
Ölkədə qüvvədə olan absurd qanunlar sırasında ilk yerdə nəqliyyat vasitələrinə arxa və yan şüşələrinə pərdə və plyonka vurulmasını mövsümi olaraq yasaqlayan qanundur desək, yanılmarıq. İllərdir ki, bu məsələ gündəmdən düşmür. Deputatlar, vəkillər, ictimaiyyət nümayəndələri bu qadağanın, sadəcə, acı gülüş doğurduğunu söyləməkdən yorulublar.
Qadağanın mahiyyəti də budur ki, 1 may tarixindən 15 noyabra qədər maşının arxa və yan şüşələrinə plyonka və pərdə vurmaq olar, qalan müddətdə – yəni noyabrın 16-dan aprelin 30-dək bunu etmək olmaz. Niyəsini də vaxtilə belə izah edirlər ki, plyonka və pərdələr hüquq-mühafizə orqanlarına cinayətkarların axtarışında maneçilik törədə bilər. Belə çıxır ki, cinayətkarlar yalnız 16 noyabr-1 may tarixlərində mövcud olurlar? Digər tərəfdən, maşında gedən cinayətkarın yaxalanması vizual baxışla olmur. Bəllidir ki, əməliyyat tədbiri keçirilmirsə, yaxud avtomobil şübhə doğurmursa, hüquq-mühafizə orqanı əməkdaşları bütün günü maşınların içərisinə boylanmırlar. Əgər maşın şübhə doğurubsa, onun içərisində cinayətkarın hərəkət etməsi haqda məlumat və ya şübhə varsa, təbii ki, onu postda saxladıb müvafiq tədbirlər görürlər.
Bir çox ekspertlər bildirirlər ki, maşının idarə edilməsinə mane olmayan – arxa və arxa yan şüşələrə plyonka, pərdə vurmaq günəş şüalarından qorunmaqla yanaşı, həm də insan hüquqları məsələsinə aid olan məsələdir və buna görə də bu məsələdə sərbəstlik olmalıdır. Məsələn, bir çox insanlar ailəsinin, yaxud özünün yollarda hərəkət edərkən kənar şəxslər tərəfindən görünməsini istəmir…


Deyəsən, məsələnin illərdir gündəmdən düşməməsi bəhrəsini verməkdədir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov noyabrın 15-də pərdə və plyonkalı (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük) avtomobillərə cərimə yazılmaması ilə bağlı tapşırıq verib.
Bununla bağlı Ramiz Zeynalovun imzaladığı telefonoqram sosial şəbəkələrdə, media da yayılıb. Telefonoqramda qeyd edilib ki, respublikanın iqlim şəraiti nəzər alınaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan avtomobillərdə jalüzlərindən istifadəyə icazə verilib.
Tapşırığa əsasən nəqliyyat vasitələrinin arxa və yan şüşələrində plyonka və jalüzlərdən istifadə edilməsinə görə əlavə məlumat verilənədək sürücülər barəsində inzibati tənbeh tədbiri görülməyəcək.


Absurd qadağanın əleyhidarlarından olan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə “Yeni Müsavat” bildirib ki, hələlik vəziyyət qeyri-müəyyəndir: “Düzdür, müvəqqəti olaraq bu qadağanın tətbiqi dayandırılıb. Yəni maşınlarında arxa və yan şüşələrində pərdə olan sürücülər inzibati qaydada cərimələnməyəcəklər. Amma bu qadağanın ləğv olunması ilə bağlı hələ qərar yoxdur. Noyabrın 14-də hörmətli Ramiz Zeynalov yerlərə telefonoqram göndərib və qadağanın dayandırılmasını əmr edib. Qanunvericilikdə bu qadağa ilə bağlı dəyişikliklərin edilməsi üçün iş aparılır. Nə qədər ki, ”Yol hərəkəti haqqında” Qanundan pərdə və plyonkalarla bağlı qadağanı ehtiva edən maddə çıxarılmayıb, bu qadağa istənilən vaxt tətbiq edilə bilər. Müvafiq qurumlar bu qanunun üzərində işləyirlər. Ümid edirəm ki, yaxın günlərdə qanunda dəyişiklik olacaq, arxa və yan şüşələrə pərdə və plyonkaların vurulması ilə bağlı qadağalar götürüləcək. İstəyirəm ki, bu qərar ləğv olunsun. Belə hesab edirəm ki, bu qadağanın qoyulması yanlışdır. Ola bilər 15-20 il öncə bu, cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində lazım idi. Çünki ölkədə durum fərqli idi, indi zaman dəyişib. Cənab prezident turizmin inkişafı ilə bağlı mövqe ortaya qoyub, turistlər gəlir. Biz o turistləri başa sala bilmərik ki, hansı ayda jalüzlərdən istifadə etmək olar, hansı ayda yox. Turistə necə demək olar ki, bizdə aprelin 30-da maşında plyonka qadağandır, mayın birində isə olar. Avropa Komissiyasının qərarına görə, arxa yan şüşələrə pərdə vurulması sürücünün öhdəsinə buraxılır. Belə olan halda biz nəyə görə qadağalar qoymalıyıq? Biz Avropaya inteqrasiya ediriksə bu qadağanı ləğv etməliyik. Hər il 100 minə yaxın sürücü bu qadağaların təsiri altına düşürdü. Mən bu qadağanın ləğvinin tərəfdarıyam. Bir daha qeyd edirəm ki, əgər qeyd olunan şüşələrin tündləşdirilməsi yol hərəkəti təhlükəsizliyi səviyyəsini aşağı salsaydı öncə Konvensiyaya qoşulan ölkələr bunu qadağan edərdi”.
Çingiz Qənizadə deyir ki, məsələni parlamentdə də dəfələrlə gündəmə gətirib:“Düşünürəm ki, Avropa İqtisadi Komissiyasının 43 saylı qərarını Azərbaycanda tətbiq etmək mümkündür. Buna konstitusiyamız, ”Yol hərəkəti haqqında” Qanun və ötən ilin dekabrında prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Yol hərəkətinin təhlükəsizliyinə dair” 2019-2023-cü illər üzrə Dövlət Proqramı da imkan verir”.
Deputatın sözlərinə görə, belə bir fikir də formalışır ki, bu qadağaların mahiyyəti hansısa iş adamlarına şərait yaratmaqdır: “Ölkəyə plyonka və pərdələri gətirənlər 6 ay satışla məşğul olurlar, daha sonra sökülür, növbəti 6 ayda yenidən satışa başlayırlar. Bu az rəqəm deyil, 100 mindən çox maşında bu gün plyonkalar var. Bu adamlar niyə cəzalanmalıdır, bunu başa düşmürəm”.шаблоны для dle 11.2