Xəbər lenti
28/10/2026 [10:58]
Bu gün 5 matç var
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Novxanı -Masazır-Xırdalana işləyən avtobus sürücüləri bu ərazilərə getməkdən imtina edir-ŞİKAYƏT

Baxılıb: 725     Tarix: 21-11-2019 12:12   
​​​​

Vətəndaşların gileyləndiyi məsələlərdən biri də avtobuslar və onların sürücüləridir. Köhnə, istismara yararsız, sərnişin tutumu az olan avtobuslar sərnişinlərin rahatlığını pozur və şikayətlərlə nəticələnir. Belə şikayətlərdən biri də 535 saylı avtobusdandır. Novxanı-Masazır- Xırdalan ərazilərinin sakinləri şikayət edərək bildirir ki, bu 45 ilin avtobusudur:
"Avtobuslar hərəkət edəndə elə bil bu dəqiqə ortadan bölünəcək.Oturacaqları və qapıları yararsızdır. Başımıza toz-torpaq tökülür. Hər zaman da gecikir. Sürücülər sərnişinləri nəzərə almadan siqaret də çəkirlər. Qışda saat 8-dən sonra heç bir sürücü bu ərazilərə avtobus sürmək istəmir. Bir-birinin üstünə atırlar və dava düşür. Biz sərnişinlər də soyuqdan donuruq , bunların davasının bitməyini gözləyirik. Hətta bir dəfə sürücü axşam vaxtı gətirib bizi kəndin girəcəyində düşürdü və Bağlar massivinə gedə bilməyəcəyini dedi".
Sözügedən şikayətlə bağlı Sonxeber.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, bu xəttə nəzarət onların agentliyinə aid deyil:
"Bu şikayətlə bağlı Dövlət Avtomobil Nəqliyyat Agentliyinə müraciət edin. Bu xəttə nəzarət onların işidir".
Dövlət Avtomobil Nəqliyyat Agentliyi ilə əlaqə saxlamağa çalışsaq da, cavab verən olmadı.
Lamiyə Məmmədova



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar