"Məktəblərdə uşaqlar arasında bir-birinə qarşı təzyiqlər olur" - Dövlət Komitəsi
Baxılıb: 561 Tarix: 22-11-2019 11:58
"Məktəblərdə uşaqlar arasında bir-birinə qarşı təzyiqlər olur. Bunun da nəticəsində bədbəxt hadisələr baş verir. Ona görə də məktəblərdə bu cür uşaqlara psixoloji yardımlar, dəstəklər vaxtında göstərilməlidir".
"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, qanunda qızlar üçün nikah yaşları göstərilib: "Ona görə də, hüquq-mühafizə orqanları bu sahədə öz işini gücləndirməlidir. Biz yalnız hadisə olandan sonra onun səbəbləri ilə maraqlanmağa başlayırıq. Bir çox insanlar qanuna hörmətlə yanaşmır. Ona görə də proflaktiki işlər gücləndirilməlidir ki, bu kimi işlərin qarşısı alınsın. Hansısa rayonda toy olanda hamı bəy və gəlinin neçə yaşı olduğunu bilir, toyda iştirak edənlər də cinayətə cəlb olunur. Ona görə də mən rayonlarda insanlarla görüşdə, qəbulda bu məsələləri qeyd edirəm. Məktəbdə çalışan müəllimlər hələ də erkən nikahlarla bağlı problemi dərk etmirlər. Bütün bunlar hamısı bizi narahat edən məsələlərdəndir. Məktəblərdə çalışan müəllimlər də bu məsələdə diqqətli olmalıdır".
Ən çox oxunanlar
Son xəbərlər