Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

15 gündə 25 nəfər dəm qazından zəhərləndi – Statistika

Baxılıb: 470     Tarix: 26-11-2019 13:49   

10-25 noyabr tarixlərində ölkə ərazisində ümumilikdə 25 nəfər dəm qazından zəhərlənib.
Qanunvehedef.az xəbər verir ki, bu zəhərlənmələrdən 5-i ölümlə nəticələnib.
Noyabrın 10-da Gəncə şəhərində Totanlı yaşayış massivində 2005-ci il təvəllüdlü Qurbanova Lalə Şıxəli qızı yaşadığı evin hamamında dəm qazından zəhərlənib. Gənc qız dərhal yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.
16 noyabrda paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində 1997-ci il təvəllüdlü Fəridə Tağıyeva hamam otağında dəm qazından boğularaq ölüb.
21 noyabrda Nəsimi rayonunun Cavadxan küçəsi, mənzil 30-da yaşayan 29 yaşlı qadın, 5 yaşlı 2 uşaq (oğlan və qız) dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər. Lazımı tibbi yardım göstərildikdən sonra xəstələr ambulator müalicəyə buraxılıblar.
24 noyabrda Salyanda bir gündə iki ailədə zəhərlənmə hadisəsi baş verib. Rayonun Qızılağac kəndində yaşayan bir ailənin üzvləri -1989-cu il təvəllüdlü Mehralıyeva Günel Bəxtiyar qızı, 1990-cı il təvəllüdlü Səfərova Aygün Bəxtiyar qızı, 2007-ci il təvəllüdlü Teymurova Təranə Taleh qızı, 2010-cu il təvəllüdlü Teymurova Yağmur Taleh qızı, 2015-ci il təvəllüdlü Teymurov Mehrab Taleh oğlu, 1995-ci il təvəllüdlü Səfərova Məhin Zeynal oğlu, 2019-cu il təvəllüdlü Səfərova İnci Zeynal qızı evdə yatdıqları zaman dəm qazından zəhərləniblər.
Özlərini halsız hiss edən ailə üzvləri Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada onlara ilk tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.
Digər hadisə zamanı isə rayonun Qaraçala qəsəbə sakinləri - 1988-ci il təvəllüdlü Abdullayeva Nuranə Şahin qızı, onun övladları - 2010-cu il təvəllüdlü Abdullayev Murad Əhməd oğlu, 2016-cı il təvəllüdlü Abdullayev Əkbər Əhməd oğlu hamamda çimərkən dəm qazından zəhərləniblər.
Ana və övladları Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ilk tibbi yardım aldıqdan sonra evə buraxılıblar.
Bu gün səhər saatlarında Bakıda daha 6 tələbə dəm qazından zəhərlənib. Paytaxtın Qara Qarayev prospekti 76 ünvanında kirayə qaldıqları mənzildə yaşayan İqtisad Universitetinin tələbəsi Nazlı Qazıyeva, Bakı Dövlət Universitetinin tələbələri Aysun Osmanlı və Hüryetər Mahmudova, Xəzər Universitetinin tələbələri Nəzakət Heydərli, Aysun Rəcəbli və Ləman Salmanlı dəm qazından zəhərləniblər.
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən tələbələr lazımı tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Yayılan digər bir məlumata görə, İqtisad Universitetinin 4-cü kurs tələbəsi Məhyəddinov Ramil Adil oğlu Sabunçu rayonu ərazisində yaşadığı mənzildə dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsində baş verən hadisə nəticəsində 2007-ci il təvəllüdlü İsmayılova Fidan Şəmsi qızı yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.
Sabunçu rayonu Maştağa qəsəbə sakini, 1981-ci il təvəllüdlü Əliyeva Könül Elşad qızı və onun oğlu, 2007-ci il təvəllüdlü Əliyev Kərim Nail oğlu dəm qazından boğularaq ölüblər.шаблоны для dle 11.2