"Mehriban Əliyevanın Rusiya səfəri idman sahəsində əməkdaşlığın inkişafına daha da təkan verəcək"-Millət vəkili
Baxılıb: 726 Tarix: 27-11-2019 11:38
Bu gün idman sahəsində aparılan siyasəti ölkəmiz üçün ən vacib məqamlardan biri kimi dəyərləndirmək olar. Bu baxımdan Azərbaycan Respublikasının birinci vitse-Prezidenti Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri çərçivəsində "Lujniki" Olimpiya Kompleksində Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanovanın Gimnastika Mərkəzi ilə tanış olmasını göstərmək olar.
Bununla bağlı danışan millət vəkili Naqif Həmzəyev Rusiya ilə Azərbaycan arasında münasibətlərin qədim və möhkəm dostluq, mehriban qonşuluq ənənələrinə əsaslandığını deyib. Millət vəkili bildirib ki, iki dövlətin başçıları-İham Əliyev və Vladimir Putinin siyasi iradəsi ikitərəfli əlaqələrin dərinləşdirilməsində həlledici rol oynayıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri isə ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində atılmış növbəti addım oldu:
"İki ölkə arasındakı gələcək əlaqələrin inkişafına hədəflənmiş rəsmi səfər həm Rusiya, həm də Azərbaycan ictimaiyyəti tərəfindən diqqətlə izlənildi, nüfuzlu mətbu orqanlarında işıqlandırıldı. Səfər çərçivəsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Federasiya Hökumətinin sədri Dmitri Medvedyevlə keçirilən görüşləri, hərtərəfli əlaqələrin getdikcə daha da şaxələnməsinə, Azərbaycan-Rusiya münasibətləri arasında ikitərəfli əlaqələr səmərəli və dinamik inkişafına yeni baxış oldu. Səfər çərçivəsində Rusiya – Azərbaycan regionlararası forumun keçirilməsi, imzalanan sazişlər iki ölkə arasında siyasi və iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi ikitərəfli əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə çatmasına ən yaxşı nümunə kimi yaddaşlara yazıldı".
Milət vəkili qeyd edib ki, səfər çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi-ticarət, turizm, sosial, humanitar, mədəni sahələrlə yanaşı idman sahəsində əlaqələrin inkişaf etdirilməsi diqqətdən kənarda qalmayıb:
"17 ildir ki Azərbaycanda Gimnastika Federasiyasının prezidenti kimi ölkəmizin idman sahəsinə töhfələrini verən Mehriban xanım Əliyeva Moskvada "Lujniki" Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə yaxından tanış olub. Mərkəzin rəhbəri Rusiyada müasir bədii gimnastika Bədii Gimnastika Federasiyasının prezidenti, milli yığmanın baş məşqçisi, idman aləmində nüfuzlu şəxslərdən olan İrina Viner-Usmanova ölkələrimiz arasında idman və dostluq əlaqələrinin inkişafında xüsusi rolu olduğuna görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Dostluq" ordeni ilə təltif edilib".
Millət vəkili Naqif Həmzəyev Azərbaycanın Birinci vitse-prezidentinin Rusiyaya rəsmi səfərinin bütün sahələrdə mehriban qonşuluq, qarşılıqlı hörmət və dostluq əsasında qurulan münasibətlərdə olduğu kimi idman sahəsində də əməkdaşlığın inkişaf mərhələsinin davamı olacağını bildirib.
Azərbaycanın birinci vitse- Prerezidenti Mehriban xanım Əliyevanın Rusiyaya səfəri çərçivəsində idman sahəsində görülən işlər əlbəttə ki, ölkəmizdə aparılan idman siyasətinin inkişafından xəbər verir.
Sonxeber.az-a açıqlamasında Azərbaycan Gimnastika Fedarasiyasının baş katibi Nurlana Məmmədzadə qeyd edib ki, 2002- ci ildə Azərbaycan Gimnastika Federasiyası yenidən təşkil ediləndən sonra bu idman növünə nəzarət artırılıb və yeni mərhələ başlanıb. Həmin vaxtdan Azərbaycan Gimnastika Federasiyasının Prezidenti ölkəmizin vitse- Prezidenti Mehriban xanım Əliyevadır: "İlk illərdən, yəni ki, 2003, 2004, 2005- ci illərdə bədii gimnastika üzrə Azərbaycanda dünya kubokları təşkil olundu. 2005- ci ildə ilk dəfə olaraq Bakıda Bədii Gimnastika üzrə dünya çempionatı keçirildi. Təşkil edilən dünya çempionatı nəinki Azərbaycanda, ümumiyyətlə bütün regionda təşkil olunan ilk dünya çempionatı idi. Bu illər ərzində daha çox bədii gimnastika inkişaf etdi. İdmançılarımız beynəlxalq arenada mötəbər yarışlarda yüksək nəticə göstərməklə yanaşı olimpiya oyunlarına lisenziyalar qazandılar. Müstəqil Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq ölkəmizi olimpiya oyunlarında təmsil etdilər".
Azərbaycan Gimnastika Fedarasiyasının rəsmisi həmçinin bildirib ki, Azərbaycanda Beynəlxalq Gimnastika Federasiyası tərəfindən tanınan 6 yarış növü üzrə gimnastika inkişaf etdirilir. Bunlarda daha çox bədii gimnastika öz inkişaf tempinə görə öndədir: "2007- ci ildə Bakıda ilk dəfə olaraq gimnastika üzrə Avropa çempiontı təşkil olundu. Daha sonra 2009- cu və 2014- cü ildə Bədii Gimnastika üzrə Avropa çempionatı oldu. 4- cü dəfə bədii gimnastika üzrə Avropa çempionatı Bakıda 2019- cu ildə keçirilib. Bütün bu illər ərzində bədii gimnastika digər idman növləri ilə müqayisədə daha çox inkişaf etdi. Bədii gimnastika üzrə müsbət nəticələri regionlardakı inkişafda da görürük. Çünki, artıq 18 regionda bədii gimnastika üzrə bölmələr fəaliyyət göstərir. Bu illər ərzində Azərbaycanda bir növ bədii gimnastika məktəbi formalaşıb. Bildyiniz kimi Milli Gimnastika arenasında bütün bütün gimnatika növləri üzrə yığma komandalar məşğul olur. Bizim bədii gimnastika üzrə yığma komandamızla bərabər dünyanın müxtəlif ölkələrindən gimnastlar Milli Gimnastika arenasına təlim- məşq toplanışlarına gəlirlər. Nurlana Məmmədzadə həmçinin artıq Beynəlxalq arenada bədii gimnastika üzrə 20- yə yaxın beynəlxalq dərəcəli gənc hakimlərin olduğunu vurğulayıb. O qeyd edib ki, ilk mərhələdə hakimlərin sayı bir neçə nəfər təşkil edirdisə, son illərdə onların sayı 20-ə yaxın artıb.
Şəlalə Babayeva
Ən çox oxunanlar
Son xəbərlər