Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Yeni Ombudsmanımız kimdir? - DOSYE

Baxılıb: 660     Tarix: 29-11-2019 14:35   

Xəbər verdiyimiz kimi, Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) adı məlum olub.
Qanunvehedef.az xəbər verir ki, səsvermə nəticəsində Səbinə Əliyeva Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.
Qeyd edək ki, Səbinə Yaşar qızı Əliyeva 7 may 1980-ci ildə doğulub.
İxtisasca hüquqşünas olan S.Əliyeva 3-cü dərəcəli Dövlət müşaviridir. O, eyni zamanda hüquq üzrə fəlsəfə doktorudur. O, 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.
S.Əliyeva millət vəkili Siyavuş Novruzovun həyat yoldaşıdır. İki övlad anasıdır.
Xatırladaq ki, bu vəzifəyə Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən sənəddə 3 nəfərin namizədliyini irəli sürülmüşdü. Namizədlər Bakı Apelyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyeva idi.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar