Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Afaq Bəşiqızından "millət vəkili" kampaniyasına reaksiya

Baxılıb: 644     Tarix: 02-12-2019 11:08   

Xalq artisti Afaq Bəşirqızının millət vəkili olması ilə bağlı sosial şəbəkədə kampaniya başlayıb.
Qanunvehedef.az xəbər verir ki, bir çox tanınmış aktrisanın fotosunu yayımlayaraq, onu deputat kimi görməyi arzuladığını yazıb.
Əməkdar artist Xumar Qədimova Bəşirqızının fotosunu yayımlayaraq "Afaq Bəşirqızını millət vəkili görmək istəyirəm. Sizi də ona dəstək olmağa çağırıram. Çünki o xalqdan gələndir, özümüzdür" sözlərini qeyd edib.
Əməkdar artist Elza Seyidcahan da məsələ ilə bağlı "Əlbəttə ki, Afaq xanıma hamımız səs verərik. Çox istəyərik ki, millət vəkili seçilsin" paylaşımını edib.
Əməkdar artist Vasif Məhərrəmli də paylaşımında "Bilmirəm yazılanlar nə qədər həqiqətə uyğundur. Amma bilirəm ki, çoxdan bu xalqın sizin kimi dürüst qərəzsiz, ədalətli, millətini, dövlətini sevən birinə ehtiyacı var. Sizin əməlləriniz göstərir ki, siz xalqın vəkili kimi Milli Məclisdə bizi təmsil etməyə layiqsiniz" sözlərini vurğulayıb.
Aktrisa Ülviyyə Əliyeva və bir çox sənət adamı da A.Bəşirqızı ilə paylaşım edərək, onun millət vəkili olmasını istədiyini bildirib.
Məsələ ilə bağlı əməmkdaşımız A.Bəşirqızı ilə əlaqə saxlayıb. Aktrisa bu haqda çox danışmaq istəmədiyini bildirib. O, deputatlığa namizədliyini irəli sürüb-sürməyəcəyi haqda suala "Bu haqda hələ heç bir şey fikirləşməmişəm" cavabını verib. axsam.azшаблоны для dle 11.2