Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Yevda Abramovun qızı çağırış etdi: Üzülürük...

Baxılıb: 619     Tarix: 04-12-2019 12:31   
 
Yevda Abramov hələ də reanimasiyadadır. Həkimlərin sözlərinə görə, vəziyyəti stabilləşib.
Bu açıqlamasında ötən gündən vəziyyəti ağırlaşan millət vəkili Yevda Abramovun qızı Bəsti Yusifova deyib. O, atasının ölümü ilə bağlı ötən gün yayılan məlumatlara reaksiya verib:
“Atamın ölümü haqda kim məlumat yayıb, bilmirik, ancaq hamı başa düşməlidir ki, belə xəbərlər bu ağır günlərimizdə bizi üzür. Atamın müalicəsi hazırda Mərkəzi Klinik Xəstəxanada davam edir. Həkimlər də deyir ki, ümid hər zaman var və biz də ümidimizi üzmürük. Hamıdan xahiş edirik ki, belə məqamda həssas olsunlar”.
B.Yusifova qeyd edib ki, atasının müalicəsi üçün İsraildəki hansısa xəstəxanaya aparılması barədə bir fikirləri yoxdur.
Xatırladaq ki, millət vəkili Y.Abramov 12 iyun 1948-ci ildə Qubanın məşhur Qırmızı qəsəbəsində doğulub. Tarixçidir, bir müddət pedoqoji fəaliyyətlə məşğul olub.
Azərbaycan (həmçinin türk), rus və fars dillərini mükəmməl bilir. 4 övlad atasıdır.
2017-ci ilin dekabrında onkoloji xəstəliyi ilə əlaqədar Milli Onkologiya Mərkəzinə yerləşdirilərək, cərrahi əməliyyat olunub. Daha sonra müalicəsini İsraildə davam etdirib. Heydər Əliyev Fondu deputat Yevda Abramovun müalicə xərclərini öz üzərinə götürüb.шаблоны для dle 11.2